İndoneziyada güclü zəlzələ olub, 20 nəfər ölüb, 50 nəfər yaralanıb

İndoneziyada güclü zəlzələ olub, 20 nəfər ölüb, 50 nəfər yaralanıb İndoneziyanın Maluku əyalətində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Digər ölkələr
26 Sentyabr , 2019 17:55
İndoneziyada güclü zəlzələ olub, 20 nəfər ölüb, 50 nəfər yaralanıb

İndoneziyanın Maluku əyalətində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Bildirilib ki, 12 mindən çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev zədələnib. Məsul şəxslər təbii fəlakət nəticəsində ölənlərin sayının artacağından narahatdırlar.

Son xəbərlər

Orphus sistemi