Yuxarı

İndoneziyada qızıl mədəni çöküb, 11 nəfər yerin altında qalıb

İndoneziyada qızıl mədəni çöküb, 11 nəfər yerin altında qalıb
Mədənin qızıl çıxarılması ilə qeyri-leqal məşğul olduğu bildirilir

Bakı. 25 oktyabr. REPORT.AZ/ İndoneziyanın Cambi əyalətində qızıl mədənlərindən biri çöküb.

"Report" xəbər verir ki, bu barədə "Detik.com" yerli polis Munqaran Kartaqunaya istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Sumatra adasında, Simpanq-Parit kəndində baş verib. 25 metrlik dərinliyə malik şaxtanın çökməsi nəticəsində 11 nəfər onun altında qalıb.

Mədənin qızıl çıxarılması ilə qeyri-leqal məşğul olduğu bildirilir.  

"Bizdə olan məlumata görə, dağıntılar arasında 11 nəfər qalıb" – deyə polis rəsmisi bildirib.

Onun sözlərinə görə, hadisə yerinə xilasetmə briqadası göndərilib.

Hələlik şaxtaçılar barədə hər hansı məlumat yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi