İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a buraxılmayıb

İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a buraxılmayıb Xarici işlər naziri: “Vaşinqtondan məsələ ilə bağlı ətraflı izahat gözləyirik”
Digər ölkələr
23 Oktyabr , 2017 11:53
İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a buraxılmayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Vaşinqtonda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün ABŞ-a gedən İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi Katot Nurmantyo Birləşmiş Ştatlara buraxılmayıb. 

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, K.Nurmantyonu ABŞ-a amerikalı həmkarı Cozef Danford dəvət edib.

Məlumata görə, İndoneziya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin sənədləri arasında onun ABŞ-a girişi üçün vizası da olub. Buna baxmayaraq onu ölkəyə buraxmayıblar. 

İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, rəsmi Vaşinqtonun məsələ ilə bağlı ətraflı izahat verməsini gözləyirlər: "Bu fövqəladə hadisədir. ABŞ-ın məsul şəxsləri ilə əlaqə saxlayıb, vəziyəti müzakirə etmək istəyirik”.

Son xəbərlər

Orphus sistemi