İndoneziyanın Şimali Sumatra əyalətindəki Lanqkat həbsxanasından 154 məhbus qaçıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məhkumlardan birinin üzərindən narkotik maddənin aşkarlanmasından sonra məhbuslar həbsxananı yandırıblar. Qarışıqlıqdan istifadə edən 154 məhbus həbsxanadan qaçıb.
Məhkumların bir qismi tutulsa da, onların 51-i hələ də gizlənir. Bu istiqamətdə əməliyyatlar davam edir.