AEBA-ya baş direktor əvəzi təyin olunub

AEBA-ya baş direktor əvəzi təyin olunub Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direktorlar Şurasının qərarı ilə təşkilatın müvəqqəti baş direktoru əvəzi olaraq Rumıniyanın sabiq daimi nümayəndəsi Kornel Feruta təyin olunub.
Digər ölkələr
25 İyul , 2019 16:26
AEBA-ya baş direktor əvəzi təyin olunub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direktorlar Şurasının qərarı ilə təşkilatın müvəqqəti baş direktoru əvəzi olaraq Rumıniyanın sabiq daimi nümayəndəsi Kornel Feruta təyin olunub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.

Qeyd edək ki, AEBA Direktorlar Şurasının fövqəladə iclası baş direktor Yukia Amanonun iki gün əvvəl vəfat etməsilə əlaqədar olaraq keçirilib.

Daha əvvəl “Reuters” xəbər vermişdi ki, diplomatik mənbələr hələ 2013-cü ildən AEBA-nın baş əlaqələndiricisi vəzifəsinə təyin olunan Kornel Ferutanın Argentinanın daimi nümayəndəsi Rafael Qrossi ilə yanaşı, baş direktor vəzifəsinə real namizəd olduğu qənaətindədirlər.

Son xəbərlər

Orphus sistemi