Yuxarı

Honqkonqda bütün aviareyslər ləğv edilib

Honqkonqda bütün aviareyslər ləğv edilib
© Reuters

Honqkonqda bütün aviareyslər ləğv edilib. 

"Report" RT-yə istinadən xəbər verir ki, buna səbəb etirazçıların hava limanının binasını ələ keçirməsidir. 

"Bütün çıxan reyslərə qeydiyyat ləğv edilib", - "South China Morning Post" nəşri Honqkonq Beynəlxalq Hava Limanının operatoruna istinadən yazır.

Məlumata görə, qeydiyyatı başa çatmış, həmçinin artıq ölkəyə gəlmək üçün yolda olan reyslər ləğv edilməyib.

Hava limanına aparan yollarda kütləvi tıxaclar var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi