Honkonq polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Honkonq polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib Honkonq polisi şəhər mərkəzində bir qrup radikal əhval-ruhiyyəli nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.
Digər ölkələr
22 İyul , 2019 06:23
Honkonq polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Honkonq polisi şəhər mərkəzində bir qrup radikal əhval-ruhiyyəli nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib.

“Report”un xəbərinə görə, bu barədə yerli televiziyanın birbaşa efirində məlumat verilib.

Qanun keşikçiləri nəticədə bir neçə yüz etirazçını Çin mərkəzi hakimiyyətinin bu xüsusi inzibati rayondakı dəftərxanasının yerləşdiyi məhəllədən çıxara biliblər.

Radikallar binaya yumurta atıblar, onun divarlarına qraffiti çəkiblər, həmçinin ölkə gerbini qara rənglə boyayıblar.

Son xəbərlər

Orphus sistemi