Yuxarı

Hindistanın qərbinə leysan yağışı yağıb, ölənlər var

Hindistanın qərbinə leysan yağıb, ölənlər var
© AFP

Hindistanın qərbindəki Qucarat ştatı ərazisində ötən gün başlayaraq 12 saat davam edən leysan yağışı üzündən Vişvamitri çayının daşması nəticəsində Vadodara şəhərinin xeyli hissəsi su altında qalıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 6 nəfər ölüb. Bu gün məktəb və koleclərdə dərslər keçirilmir, hava limanı bağlanıb, dəmir yolunun da fəaliyyətində çətinliklər meydana gəlib. Polis və ordu hissələri fövqəladə hallara hazır vəziyyətə gətirilib.

Qeyd olunur ki, küçələrin su altında qaldığı Vadodara və yaxınlıqdakı bəzi şəhərlər ətraf ərazilərdən timsahların güclü axını ilə üzləşib. Sosial şəbəkə istifadəçilərinin bununla bağlı paylaşdıqları şəkillər arasında timshların küçə itlərinə hücum etdikləri əks olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi