Yuxarı

Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb

​Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb

Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi açıqlama verib.

“Bu gün günorta saatlarında, müntəzəm təlim uçuşu zamanı iki yerlik “MiG-29K” qırıcısı Qoadakı Dabolim bölgəsindəki Hərbi Dəniz Qüvvələrinin “Hansa” aviabazasından havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub”.

Məlumata görə, pilotlar xilas olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi