Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb

Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.
Digər ölkələr
16 Noyabr , 2019 18:31
Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb

Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi açıqlama verib.

“Bu gün günorta saatlarında, müntəzəm təlim uçuşu zamanı iki yerlik “MiG-29K” qırıcısı Qoadakı Dabolim bölgəsindəki Hərbi Dəniz Qüvvələrinin “Hansa” aviabazasından havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub”.

Məlumata görə, pilotlar xilas olub. 

Son xəbərlər

Orphus sistemi