Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB Xilasetmə işləri demək olar ki, başa çatıb
Digər ölkələr
22 Yanvar , 2017 12:44
Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 22 yanvar. REPORT.AZ/ Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.

"Xilasetmə işləri demək olar ki, başa çatıb. Bizim birinci dərəcəli vəzifəmiz yaralı sərnişinlərin qayğısına qalmaq və onları xəstəxanalarda lazımi müalicə ilə təmin etməkdir. Biz eyni zamanda bütün vaqonlarda axtarışları davam etdiririk ki, onlarda kiminsə qalmadığına əmin olaq", — deyə ölkənin dəmiryol xidmətinin nümayəndəsi bildirib.

***09:15

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, təqribən 50 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ANI agentliyi məlumat yayıb.

Bundan əvvəl ölənlərin 23 nəfər olduğu bildirilirdi.

İnsident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib. Qəza nəticəsində sürətli qatarın 7 vaqonu və lokomotivi relsdən çıxıb. Qatarda ümumilikdə 22 vaqon olub. Qatar Caqdalpur şəhərindən Orissanın paytaxtı Bxubaneşvara gedirmiş.

İnsidentin səbəbləri hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi