Hindistanda polis məntəqəsi yandırılıb, 1 nəfər ölüb, 10-u yaralanıb

Hindistanda polis məntəqəsi yandırılıb, 1 nəfər ölüb, 10-u yaralanıb Hadisəni məntəqəyə hücum edən yerli sakinlər törədiblər
Digər ölkələr
9 Sentyabr , 2017 07:45
Hindistanda polis məntəqəsi yandırılıb, 1 nəfər ölüb, 10-u yaralanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Gecə yarısı Hindistanın Ramqinc Mandi şəhərində bir qrup yerli sakinlə polis əməkdaşları arasında toqquşma baş verib.

"Report" xəbər verir ki, bu barədə "Amarujala" nəşri yazıb.

Bildirilir ki, ötən gün bir qadın asayiş keşikçisi tərəfindən vurulub. Yerli sakinlər həmin polisin məsuliyyətə cəlb olunması tələbi ilə əllərinə daş götürərək polis məntəqəsinə hücum ediblər.

Nəticədə bir polis əməkdaşı ölüb, daha 10 nəfəri yaralanıb. Bundan əlavə insidenti işıqlandıran jurnalistlər xəsarət alıb.

Kütlə polis məntəqəsinin yerləşdiyi binanı yandırıb.

Son xəbərlər

Orphus sistemi