Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var - VİDEO

Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var - VİDEO Bakı. 18 noyabr. REPORT.AZ/ Hindistanın Amritsar şəhərində partlayış törədilib.
Digər ölkələr
18 Noyabr , 2018 12:40
Hindistanda partlayış törədilib, ölənlər və yaralananlar var - VİDEO

Bakı. 18 noyabr. REPORT.AZ/ Hindistanın Amritsar şəhərində partlayış törədilib.

"Report" NDTV telekanalına istinadən xəbər verir ki, bu barədə polisdən bildirilib.

Məlumata görə, hadisə Radjanasi qəsəbəsində baş verib. Üzlərində maska olan iki nəfər motosikletlə ibadət evinin qarşısına gələrək, içəri qumbara atıblar. Partlayış nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi