Hindistanda "Okhi" siklonu nəticəsində azı 88 nəfər ölüb

Hindistanda "Okhi" siklonu nəticəsində azı 88 nəfər ölüb Bakı. 18 dekabr. REPORT.AZ/ Hindistanın cənubunda və cənub-şərq sahillərində tüğyan edən Okhi (benqalca göz deməkdir - red.) güclü tropik siklonu nəticəsində azı 88 nəfər ölüb.
Digər ölkələr
18 Dekabr , 2017 17:46
Hindistanda Okhi siklonu nəticəsində azı 88 nəfər ölüb
Reuters

Bakı. 18 dekabr. REPORT.AZ/ Hindistanın cənubunda və cənub-şərq sahillərində tüğyan edən "Okhi" (benqalca "göz" deməkdir - red.) güclü tropik siklonu nəticəsində azı 88 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər ki, siklon, əsasən, Kerala, Tamil Nadu ştatlarına və ittifaq ərazisi olan Lakşadvilə ziyan vurub.

Ölüm hallarının 70-i Keralada, 18-i Tamil Naduda qeydə alınıb. Yüzlərlə insan itkin düşüb.

Siklon nəticəsində 4,5 min ev tamamilə dağılıb, 10 minə yaxın evə isə ciddi ziyan dəyib. Fəlakət nəticəsində ölkənin cənub və cənub-qərbindəki bir sıra bölgələr tamamilə elektrik enerjisiz qalıb.

Son xəbərlər

Orphus sistemi