Yuxarı
    Bağlamaq

    Hindistanda məktəb avtobusu aşıb, 26 şagird ölüb

    Avtobus 30 metr dərinliyində dərəyə yuvarlanıb

    Bakı. 9 aprel. REPORT.AZ/ Hindistanda məktəb avtobusunun qəzaya uğraması nəticəsində azı 26 şagird ölüb.

    “Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ximaçal-Pradeş ştatında olub.

    Bildirilib ki, avtobus 30 metr dərinliyində dərəyə yuvarlanıb. 

    Yol-nəqliyyat hadisəsinin səbəbi araşdırılır.

    Avtobusda özəl məktəbin 5-ci və daha aşağı sinfinin şagirdləri olub. “İndia Today” qəzeti avtobusda 40-a yaxın məktəblinin olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi