Yuxarı

Hindistanda hasar uçub, xeyli sayda ölən var

Hindistanda hasar uçub, xeyli sayda ölən var

Hindistanın Maharaştra ştatındakı Pun şəhərində yaşayış binasının ətrafındakı hasarın uçması nəticəsində dördü uşaq olmaqla 15 nəfər ölüb, 3 nəfər də xəsarət alıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, dünənki leysan yağışdan sonra 12-15 fut hündürlüyündəki hasar yaxında bina tikintisində çalışan fəhlələrin qaldığı tənəkə komalarının üstünə uçub.

Hadisə yerinə Milli Fəlakətlərə Reaksiya Qüvvələri və yanğın departamentinin əməkdaşları cəklb edilib.

Dünənki yağışın 2010-ci ildən etibarən iyun ayı üçün ikinci güclü yağıntı olduğu bildirilir.

Maharaştra ştatının baş naziri Devendra Fadnavis “Twitter”də ölənlərin ailələrinə başsağlığı verib. 

Şəhər polisi rəisi K.Venkateşam hadisə ilə bağlı təhqiqata başladıqlarını, tikinti üçün müvafiq icazələrin alınıb-alınmadığı, təhlükəsizlik tədbirlərinə əməl olunmasına dair yoxlamalar aparacaqlarını diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi