Yuxarı

Hindistanda bina uçub, xeyli adam dağıntılar altında qalıb - FOTO

Hindistanda bina uçub, xeyli adam dağıntılar altında qalıb

Hindistanın Kərnətəkə ştatının Dhərvad şəhərində üçmərtəbəli binanın uçması nəticəsində bir nəfər ölüb, 90-dək insanın dağıntılar altında qaldığı güman edilir.

“Report” “Times of İndia”ya istinadən xəbər verir ki, şahidlərin dediyinə görə, 60-dan çox dükanın yerləşdiyi binanın çökməsi zaman orada 150-dək müştəri olub. Hadisə yerinə polis, yanğınsöndürmə, xilasetmə xidmətlərinin əməkdaşları və 10-dək tibbi təcili yardım briqadası cəlb olunub.

Yerli sakinlərin bildirdiyinə görə, keyfiyyətsiz inşa olunan binanın tikintisinə dair icazə verilməsi və təftişi də bir sıra suallar doğurur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi