Hindistanın Kərnətəkə ştatının Dhərvad şəhərində üçmərtəbəli binanın uçması nəticəsində bir nəfər ölüb, 90-dək insanın dağıntılar altında qaldığı güman edilir.
“Report” “Times of İndia”ya istinadən xəbər verir ki, şahidlərin dediyinə görə, 60-dan çox dükanın yerləşdiyi binanın çökməsi zaman orada 150-dək müştəri olub. Hadisə yerinə polis, yanğınsöndürmə, xilasetmə xidmətlərinin əməkdaşları və 10-dək tibbi təcili yardım briqadası cəlb olunub.
Yerli sakinlərin bildirdiyinə görə, keyfiyyətsiz inşa olunan binanın tikintisinə dair icazə verilməsi və təftişi də bir sıra suallar doğurur.