Hindistanda 445 nəfər daşqınların qurbanı olub

Hindistanda 445 nəfər daşqınların qurbanı olub Bakı. 26 avqust. REPORT.AZ/ Hindistanın Kerala ştatında daşqın qurbanlarının sayı 445 nəfərə çatıb.
Digər ölkələr
26 Avqust , 2018 15:27
Hindistanda 445 nəfər daşqınların qurbanı olub

Bakı. 26 avqust. REPORT.AZ/ Hindistanın Kerala ştatında daşqın qurbanlarının sayı 445 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "AFP News" xəbər verib.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 15 nəfər itkin düşüb. Məlumata görə, hazırda milyona yaxın insan müvəqqəti məskunlaşma məntəqələrində yerləşir. Qida məhsulları, içməli su və dərmanlar Koçin şəhərinə hava və dəniz yolu ilə gətirilir, oradan isə yardım daşqınlardan daha çox zərər çəkmiş yaşayış məntəqələrinə paylanır.

Son bir neçə gün ərzində musson yağışların intensivliyi xeyli azalıb. Suyun səviyyəsi düşüb. Bu da hakimiyyət orqanlarına bölgənin bərpası işlərinə başlamağa imkan verib.

Avqustun 21-də Kerala şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində azı 400 nəfərin həlak olduğu xəbər verilib. 

Son xəbərlər

Orphus sistemi