Hindistan hərbi zavodunda partlayış olub, 20 nəfər yaralanıb

Hindistan hərbi zavodunda partlayış olub, 20 nəfər yaralanıb Müəssisədə ümumilikdə 30-dan çox güclü partlayış baş verib
Digər ölkələr
25 Mart , 2017 22:13
Hindistan hərbi zavodunda partlayış olub, 20 nəfər yaralanıb

Bakı. 25 mart. REPORT.AZ/ Hindistanın Madhya-Pradeş ştatının Hamariya şəhərində yerləşən hərbi zavodda silsilə partlayışlar baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, insident nəticəsində müəssisənin 20 əməkdaşı yaralanıb.

Bildirilir ki, ilk partlayış 125 millimetrlik tank əleyhinə mərmilərin göndərilməsi zamanı baş verib. Ardınca daha 30 güclü partlayış səsi eşidilib. Daha sonra zavodun müəssisələrində yanğın başlayıb. Nəticədə iki sex tamamilə məhv olub.

Partlayışların səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi