Hillari Klinton yeddi "qərarsız" ştatdan altısında liderdir

Hillari Klinton yeddi "qərarsız" ştatdan altısında liderdir Tramp ilkin olaraq Ayova ştatında rəqibindən üstündür
Digər ölkələr
9 Noyabr , 2016 01:08
Hillari Klinton yeddi qərarsız ştatdan altısında liderdir

Bakı. 9 noyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton, ilkin proqnozlara görə, Amerikanın dəstək göstərməkdə "qərarsız olan" yeddi ştatından altısında qalib gəlir.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Politico" nəşri yazıb.

Nyu-York vaxtı ilə günorta saat 14:00-a olan məlumata görə, Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp üzərində növbəti ştatlarda qələbə qazana bilər:

Kolorado (47% - Klinton, 42% - Tramp), Florida (49% - Klinton, 45% - Tramp), Nevada (47% - Klinton, 44% - Tramp), Ohayo (46% - Klinton, 45% - Tramp), Pensilvaniya (48% - Klinton, 44% - Tramp), Viskonsin (49% - Klinton, 43% - Tramp).

Milyarder isə öz növbəsində, ilkin olaraq Ayova ştatında liderdir (45% - Klinton, 46% - Tramp).

Son xəbərlər

Orphus sistemi