Yuxarı

Hillari Klinton: "Prezident seçkilərdə iştirakla bağlı mənə təzyiqlər edilir"

​Hillari Klinton: "Prezident seçkilərdə iştirakla bağlı mənə təzyiqlər

ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton bildirib ki, onun 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək planı yoxdur.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

H.Klinton bununla belə qeyd edib ki, ona planlarını dəyişməsi ilə bağlı təzyiqlər edilir.

"Dediyim kimi, heç vaxt, heç vaxt, heç vaxt" , - deyə o, BBC-yə verdiyi müsahibədə 2016-cı ilin prezident seçkilərindəki məğlubiyyətdən sonra yenidən prezidentliyə namizəd olmaq imkanı haqqında suala cavab verib.

"Sizə deyə bilərəm ki, çox insanlar mənə güclü təzyiq göstərirlər ki, bu haqda düşünüm", - Klinton deyib.

"Amma hələ ki, bu studiyada oturaraq və sizinlə danışaraq eyə bilərəm ki, bu, mənim planlarıma qətiyyən daxil deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, Hillari Klinton 2016-cı ilin prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi çıxış edib. O, seçki marafonunda favorit hesab edilirdi, ancaq Klintonun opponenti - respublikaçı Donald Tramp gözlənilməz qələbə qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi