Hillari Klinton ABŞ-dakı son prezident seçkiləri haqqında kitab yazmağa başlayıb

Hillari Klinton ABŞ-dakı son prezident seçkiləri haqqında kitab yazmağa başlayıb Kitabın bu ilin payızında çap olunması planlaşdırılır
Digər ölkələr
2 Fevral , 2017 11:01
Hillari Klinton ABŞ-dakı son prezident seçkiləri haqqında kitab yazmağa başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi və Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd Hillari Klinton son seçki kampaniyası haqqında kitab yazmağa başlayıb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, kitabın bu ilin payızında çap olunması planlaşdırılır. 

Kitabı daha əvvəl H.Klintonun altı ədəbi əsərini dərc edən "Simon & Schuster" nəşriyyat evi buraxacaq.

70 yaşlı H.Klinton ədəbi sahədə fəallaşmasıyla bərabər, ona ödənişli mühazirə turları təşkil edən "Harry Uoker Agentliyi" ilə müqaviləsini də yeniləndiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi