Hesabat: ABŞ-da polisin əlindən hər gün iki nəfər ölür

Hesabat: ABŞ-da polisin əlindən hər gün iki nəfər ölür Bu ilin ilk 5 ayı ərzində polis tərəfindən 385 ABŞ vətəndaşı öldürülüb
Digər ölkələr
31 May , 2015 21:05
Hesabat: ABŞ-da polisin əlindən hər gün iki nəfər ölür

Bakı. 31 May. REPORT.AZ/ Washington Post qəzetinin məlumatına əsasən, ABŞ-da polisin əlindən ölən insanların sayı rəsmi statiskanın göstərdiyi rəqəmi ikiqat üstələyir.

Qəzetin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində polis tərəfindən 385 vətəndaş öldürülüb.

Polis tərəfindən öldürülənlərin arasınnda qaradərili Afrika mənşəli amerikalı vətəndaşların sayının qeyri-mütənasib dərəcədə yüksək olduğu diqqəti çəkib.

Hesabatda rəsmi statistik rəqəmlərin hüquq-mühafizə orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib olunduğu qeyd edilir.

Həmin rəsmi statistikaya əsasən, 2008-ci ildən ABŞ-da hər il polis əməkdaşlarının əlilə orta hesabla 400 vətəndaş öldürülüb.

Report BBC-yə istinadən qeyd edir ki, son zamanlar by ölkədə ağdərili polis əməkdaşları tərəfindən bir neçə qaradərili vətəndaşın güllələnməsi küçə toqquşmaları, kütləvi etirazlar və siyasi qalmaqallara səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi