Yuxarı

Hələbdə terror aktı nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2

Hələbdə terror aktı nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb - YENİLƏNİB-2
130-dan çox insan yaralanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Suriyanın Hələb şəhərində təxliyə avtobusları yaxınlığında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

***19:35/15 Aprel

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, təqribən 130 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

***18:38

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın "Əl-İxbariyyə" dövlət telekanalı məlumat yayıb.

Bundan əvvəl sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatdığı məlumat verilmişdi.

Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. Bu yaşayış məntəqələri üç ildən çoxdur ki, yaraqlıların mühasirəsindədir. Orada 20 minə yaxın insan yaşayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi