Yuxarı

Kolumbiya rəsmisi: Venesuela ilə sərhəddə toqquşmalar zamanı 285 nəfər xəsarət alıb

Bakı. 24 fevral. REPORT.AZ/ Kolumbiyanın Xarici İşlər Nazirliyinin başçısı Karlos Olmes Truxilo bildirib ki, Venesuela ilə sərhəddə toqquşmalar nəticəsində yüzlərlə insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə TASS bildirib.

"Gözyaşardıcı qazdan və silahdan istifadə nəticəsində 285 nəfər xəsarət alıb ", - deyə Truxilo qeyd edib.

Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.

Kolumbiyanın Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, zərər çəkmiş 255 venesuelalı arasında 30 kolumbiyalı da var.

Venesuelanın Braziliya ilə sərhədində humanitar köməyi ölkəyə buraxmağı tələb edən nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalarnəticəsində iki nəfər ölüb, daha on səkkiz nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi