"Tesla" 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərməyi planlaşdırır

"Tesla" 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərməyi planlaşdırır Tesla şirkəti 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərməyi planlaşdırır.
Digər ölkələr
23 Aprel , 2019 11:21
Tesla 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərməyi planlaşdırır

"Tesla" şirkəti 2020-ci ildə ABŞ-da sürücüsüz taksi xidməti göstərməyi planlaşdırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin təsisçisi və rəhbəri İlona Maskın bəyanatına istinadən məlumat verib.

İ.Mask belə taksilərin hər yerdə olmayacağını, bunun tənzimləyici orqanların hamısından razılıq alınmaması ilə bağlı olduğunu bildirib.

Onun fikrincə, gələn il ABŞ yollarında "Tesla"nın sürücüsüz taksi sayı 1 milyona çatacaq. Belə taksiləri mobil tətbiq vasitəsilə sifariş etmək mümkün olacaq.

O, həmçinin iki ildən sonra "Tesla"nın sükanı və pedalları olmayan avtomobil istehsal edəcəyini proqnozlaşdırıb.

Son xəbərlər

Orphus sistemi