Fransua Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək

Fransua Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək Emmanuel Makron prezident seçkilərinin ikinci turunda 66,06% göstərici ilə qalib gəlib
Digər ölkələr
8 May , 2017 14:35
Fransua Olland prezident səlahiyyətlərini mayın 14-də təhvil verəcək

Bakı. 8 may. REPORT.AZ/ Hazırkı Prezident Fransua Olland mayın 14-də prezident səlahiyyətlərini Fransanın yeni dövlət başçısı seçilən, "İrəli!" hərəkatının lideri Emmanuel Makrona verəcək.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, may 7-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. E.Makron bülletenlərin 99,99% hesablanmasından sonra 66,06% nəticə ilə prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Son xəbərlər

Orphus sistemi