Fransua Bayru Fransa prezidenti seçkilərində iştirakdan imtina edib

Fransua Bayru Fransa prezidenti seçkilərində iştirakdan imtina edib Prezident seçkilərinin birinci turu martın 23-də keçiriləcək
Digər ölkələr
23 Fevral , 2017 00:15
Fransua Bayru Fransa prezidenti seçkilərində iştirakdan imtina edib

Bakı. 23 fevral. REPORT.AZ/ Fransanın mərkəzçi "Demokratik hərəkat" partiyasının lideri Fransua Bayru prezident seçkilərində iştirakdan imtina edib və müstəqil namizəd Emmanuel Makronu dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, Fransua Bayru bu barədə qərarını çərşənbə günü partiyasının mənzil qərargahında bildirib.

"Mən ölkədəki vəziyyəti diqqətlə təhlil etdim, bu məndə güclü təşviş yaratdı. Son 50 ildə Fransada demokratiya heç vaxt bu qədər təhlükə altında olmayıb və ölkə bu qədər güclü risklərə məruz qalmayıb", — deyə TASS onun sözlərini sitat gətirir.

O, fövqəladə vəziyyət şəraitində fövqəladə cavab verməyin lazım olduğunu səbəb gətirərək, mübarizədən imtina etdiyini qeyd edib.

Fransada prezident seçkilərinin birinci turu martın 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi