Yuxarı

Fransanın sabiq iqtisadiyyat naziri qarət olunub

​Fransanın sabiq iqtisadiyyat naziri Parisdə soyulub

Fransanın sabiq iqtisadiyyat naziri Tyerri Breton naməlum şəxslər tərəfindən qarət edilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hazırda "Atos" şirkətlər qrupuna rəhbərlik edən T.Breton və həyat yoldaşı qara paltarlı iki naməlum kişinin evlərinə girib onları döyməyə başladığı zaman yataqda olublar. Sonradan quldurlar sabiq naziri tapança ilə hədələməyə başlayıb və zinət əşyalarının saxlanıldığı seyfin açılmasını tələb ediblər. Keçmiş nazir seyfi açdıqdan sonra qarətçilər onu və həyat yoldaşını, eləcə də onların sürücülərini tualetə salaraq qapını arxadan bağlayıb. Bu zaman oğrular qiymətli əşya axtarışını davam etdirərək evi yoxlamağa davam ediblər, işlərini bitirdikdən sonra isə qaçıblar.

Oğurlanmış əşyaların, o cümlədən brilyant qolbaq və qızıl külçənin ümumi dəyəri 55 min avrodan çox qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi