Fransada qırıcı təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

Fransada qırıcı təyyarə qəzaya uğrayıb - YENİLƏNİB Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Fransada havaya qalxdıqdan az sonra radarlardan itən “Mirage2000” tipli qırıcı təyyarəsinin parçaları aşkar edilib.
Digər ölkələr
9 Yanvar , 2019 19:42
Fransada qırıcı təyyarə qəzaya uğrayıb - YENİLƏNİB
Philippe Farjon

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Fransada havaya qalxdıqdan az sonra radarlardan itən “Mirage2000” tipli qırıcı təyyarəsinin parçaları aşkar edilib.

“Report” “L’Est Republicain”ə istinadən xəbər verir ki, qalıqlar ölkənin şərqindəki Duq və Yura departamentləri arasındakı sərhədə yaxın ərazidə tapılıb. 

Xilasedicilər təyyarə parçaları ilə yanaşı, paraşüt və xəritə də aşkarlayıblar. Təyyarənin iki nəfər heyət üzvünün axtarışları davam edir. 

Axtarışlara helikopter də cəlb edilib.


*** 18:37

Fransanın şimal-şərqindəki Nansi Oşey hava bazasından bu gün səhər qalxan “Mirage2000” tipli qırıcı təyyarə bir qədər sonra Yura dağları üzərindən uçarkən radarlardan itib.

“Report” “France İnfo”ya istinadən xəbər verir ki, təyyarədə 2 nəfər heyət olub.

Duq və Yura departamentlərinin sakinlərinə itən təyyarə barədə hər cür xəbəri çatdırmaq barədə müraciət ünvanlanıb.

Son xəbərlər

Orphus sistemi