Yuxarı

Fransanın ətraf mühit naziri istefaya gedib

Fransanın ətraf mühit naziri istefaya gedib

Fransanın ətraf mühit naziri Fransua de Rüji (Francois de Rugy) istefaya gedib.

“Report” xəbər verir ki, o, bu addımı özəl nahar məclislərinə, habelə nazirlik iqamətgahındakı yenidənqurma işlərinə külli miqdarda vəsait sərf olunması barədə yayılan xəbərlər səbəbindən atıb.  

F.Rüji artıq istefa ərizəsini baş nazir Eduard Filipə təqdim etdiyini, həmçinin sözügedən xəbərləri yayan “Mediapart” araşdırma saytını da məhkəməyə verəcəyini bildirib.

Nazir parlamentin müzakirəsinə belə çevrilən dəbdəbəli məclislər keçirdiyini inkar etməyib və bunu “qeyri-rəsmi işçi naharı” kimi səciyyələndirərək iş zərurəti olduğunu iddia edib.

Qeyd edək ki, F.Rüji Emanuel Makron prezident seçildikdən sonra istefaya gedən dördüncü nazirdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi