Yuxarı

Fransada yanğınsöndürən təyyarə qəzaya uğrayıb

​Fransada yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Cümə günü Fransanın cənubunda iri meşə yanğınlarının söndürülməsi zamanı yanğınsöndürən təyyarə qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qar departamentinin yanğın xidmətinə istinadən BFMTV telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarə Jenerak şəhəri ərazisinə düşüb. Onun göyərtəsində neçə nəfərin olduğu açıqlanmır, həmçinin onların aqibəti barədə məlumat yoxdur. Qəza yerində xilasedicilərdən ibarət qrup işləyir. Hadisənin səbəbləri və hansı şəraitdə baş verdiyi hələ müəyyən edilməyib.

"Franc-Press" Qar departamenti prefekturası rəhbərliyinə istinadən xəbər verir ki, "Tracker 22" tipli təyyarənin pilotu həlak olub.

Bildirilir ki, təyyarə yerə çırpılarkən zərbənin gücündən bir neçə hissəyə parçalanıb. Həmçinin bir neçə güclü partlayış səsi eşidilib. Onun göyərtəsində təkcə pilot olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi