Bakı. 2 aprel. REPORT.AZ/ Fransanın İzer departamentində yüngül uçan aparatın qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Europe1" radiostansiyası məlumat yayıb.
Hadisə bazar günü departamentin şimal hissəsində baş verib. Qurğunun göyərtəsində 2 nəfər olub.
Hadisə nəticəsində 52 yaşlı kişi yerində ölüb, 30 yaşlı digər şəxs isə ağır yaralanaraq Qrenobl xəstəxanasına yerləşdirilib.
Jandarmeriya hadisə ilə bağlı araşdırmaya başlayıb.