Fransada "sarı jiletlilər"in etirazları səbəbindən dörd nəfər ölüb

Fransada "sarı jiletlilər"in etirazları səbəbindən dörd nəfər ölüb Bakı. 4 dekabr. REPORT.AZ/ Fransada sarı jiletlilərin etirazları səbəbindən indiyədək dörd nəfər ölüb.
Digər ölkələr
4 Dekabr , 2018 16:41
Fransada sarı jiletlilərin etirazları səbəbindən dörd nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ Fransada "sarı jiletlilər"in etirazları səbəbindən indiyədək dörd nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filipp bildirib.

"Hərəkatın başlamasından bəri dörd vətəndaşımız ölüb. Çox sayda vətəndaş, o cümlədən hüquq-mühafizə orqanlarımızın əməkdaşları yaralanıblar", - hökumət başçısı Fransa telekanallarının efirində xalqa müraciətində deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, hərəkat iştirakçıları sarı jiletlər geyirlər.

Son xəbərlər

Orphus sistemi