Yuxarı

Fransada "sarı jiletlilər"in 27-ci aksiyası keçirilib

​Fransada "sarı jiletlilər"in 27-ci aksiyası keçirilib

Fransada "sarı jiletlilər" 27-ci dəfə etiraz aksiyası keçirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şənbə günü minlərlə insan növbəti dəfə küçələrə çıxıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyada 15,5 min nəfər iştirak edib.

Lakin təşkilatçılar bu rəqəmlə razı deyillər. Onların məlumatına görə, aksiyada 40,5 min fransız iştirak edib.

Etirazçıları polis dəstələri müşayiət edib. Aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ən kəskin qarşıdurma Reymsdə olub. 

Fransada şənbə günü keçirilən "sarı jiletlilər" hərəkatının aksiyası zamanı azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi