Bakı. 2 yanvar. REPORT.AZ/ Bu gün səhər Fransanın Ruan şəhəri yaxınlığında polis neft terminalını mühasirəyə alan "sarı jiletlilər"in aksiyasını dağıdıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə polis əməkdaşı Benua Lemer məlumat verib.
"Heç bir mühasirə qəbuledilməzdir. Neft bazasının qarşısında od qalamaq çox təhlükəlidir. Aksiya iştirakçıları məsuliyyətsiz hərəkətlərinə görə məhkəmə qarşısında cavab verməlidirlər", - B.Lemer deyib.
Ekspertlərin fikrincə, bu neft anbarı Dənizkənarı Sena departamentinin əsas strateji obyektlərindən biridir. Ötən ay ərzində anbar "sarı jiletlilər" tərəfindən iki dəfə mühasirəyə alınıb.