Yuxarı

Fransada on minlərlə insan küçələrə çıxdı - FOTO

Fransada on minlərlə insan küçələrə çıxdı

137

Fransada təqaüd sistemində islahatlara qarşı etiraz aksiyaları davam edir.

"Report"un Fransa bürosu xəbər verir ki, dünən keçirilən ümumölkə üzrə nümayişlərdə 92 mindən çox insan iştirak edib.

Qeyd edilir ki, təkcə paytaxtda təşkil olunan aksiyalara 8 minə yaxın insan qatılıb.

Təqaüd sistemində islahatlar haqqında qanun layihəsi hazırda Fransa Milli Assambleyasında müzakirə olunur. Qanun layihəsinə irəli sürülmüş əlavələrin sayının həddindən artıq çoxluğu sənədin qəbul edilməsini çətinləşdirib. Belə ki, deputatlar bu həftə qanun layihəsinə irəli sürülmüş əlavələrin müzakirəsinə başlayıblar.

Qeyd edək ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq imkanlarının və artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün mövcud olan xüsusi kateqoriyaların ləğvini nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi