Fransada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 29 mini keçib, 18 min nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“29 021 xəstə dünyasını dəyişib. Onların 18 671-i xəstəxanalarda, 10 350-si isə sosial-tibbi müəssisələrdə vəfat edib. Epidemiya başlayandan bəri 102 133 nəfər tibb müəssisələrinə yerləşdirilib. Müalicə alaraq sağalan xəstələrin sayı isə 69 455 nəfər təşkil edib”- deyə, məlumatda qeyd olunub.
Bildirilib ki, son 24 saat ərzində 81 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.