Fransada son bir gün ərzində daha 516 nəfər koronavirusdan ölüb.
“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bununla ölkədə COVD-19 infeksiyasından ölənlərin sayı 21 856 nəfərə çatıb.
Məlumata görə, 13 547 nəfər xəstəxanalarda, 8 309 insan sosial və tibbi-sosial müəssisələrdə koronavirusdan ölüb.
COVID-19 xəstəliyinin təsdiq edilmiş hallarının sayı 120 804 olub. Bir gün ərzində xəstələrin say artımı 1 653 nəfər təşkil edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.