Yuxarı

Parisdə keçirilən etiraz aksiyasında 26 tələbə saxlanılıb

Etirazçılar Teo adlı qaradəriliyə polis əməkdaşları tərəfindən zorakılıq tətbiq edilməsini pisləyiblər

Bakı. 23 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində keçirilən razılaşdırılmamış aksiyada 26 tələbə saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, yüzlərlə tələbə aksiya zamanı məktəbi əhatəyə alıb. Onlar Teo adlı qaradərili gəncə polis əməkdaşları tərəfindən zorakılıq tətbiq edilməsini pisləyiblər.

Polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.

Qeyd edək ki, Fransada etiraz aksiyaları 22 yaşlı gənc Teoya dəstək məqsədilə bir neçə gündür keçirilir. O, 4 polis əməkdaşı tərəfindən zorakılığa məruz qalıb. Artıq asayiş keşikçilərindən birinə zorakılıq ittihamı irəli sürülüb. Digər 3 polis əməkdaşı da zorakı hərəkətlərdə ittiham edilərək işdən xaric ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi