Yuxarı

Fransada iki hərbi helikopter toqquşub, 5 nəfər həlak olub

Fransada iki hərbi helikopter toqquşub, 5 nəfər həlak olub

Bakı. 2 fevral. REPORT.AZ / Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub. 

Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.

Bildirilir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil.

Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb. Polisə məxsus helikopter hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi