Yuxarı

Fransada G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək

​Fransada G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək

Fransanın hüquq-mühafizə orqanları Biarrits şəhərində keçiriləcək "Böyük yeddilik" (G7) sammitində təhlükəsizliyi təmin etmək məqsədilə 10 mindən çox insanı - polis, jandarma və hərbçiləri səfərbər edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Fransa KİV-inin məlumatına görə, sammit avqustun 24-26-da keçiriləcək.

Şəhər və onun ətrafında sərt güc tətbiqi, o cümlədən nümayişlərin dağıdılması üçün nəzərdə tutulmuş Fransa polisinin 45 ədəd xüsusi bölməsi - "respublika təhlükəsizlik bölüyü" (CRS) yerləşdiriləcək.

Biarritsdə sammit zamanı iki təhlükəsizlik zonası yaradılacaq. Əsas zona olan "qırmızı"ya sahilyanı ərazi - şəhərin əsas hoteli - "Hotel de la Beach", iki kazino, şəhər meriyasının binası daxil ediləcək. Bu zonaya giriş xüsusi vəsiqələrlə olacaq, küçələrdən bütün avtomobillər yığışdırılacaq.

İkinci - "mavi" zonada tədbirlər daha yumşaq olacaq. Oraya şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra xüsusi icazəsi olan avtomobil sürücülərinin daxil olmasına icazə veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi