Fransada G7 sammiti işə başlayır

Fransada G7 sammiti işə başlayır Bu gün Fransanın Biariç şəhərində Böyük yeddilərin (G7) sammiti işə başlayacaq.
Digər ölkələr
24 Avqust , 2019 01:19
Fransada G7 sammiti işə başlayır

Bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, şənbə günü axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək. 

Qeyd edilir ki, dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.

Qeyd edək ki, birlik 1975-ci ildə yaradılıb. Onun təşəbbüskarı Fransa olub. Birliyin əsas müzakirə mövzuları ətraf mühitin müdafiəsi, iqlim dəyişikliyi, dünyada bərabərsizliklə mübarizə olub. 

Son xəbərlər

Orphus sistemi