Yuxarı

Fransada əsas müxalifət partiyasının sədr müavini istefa verib

Florian Filippo: “Gülünc vəziyyətdə və boş-bekar qalmaq istəmədiyimdən “Milli Cəbhə” Partiyasından gedirəm”

Bakı. 21 sentyabr. REPORT.AZ/ Fransanın “Milli Cəbhə” Partiyasının sədr müavini Florian Filippo partiya üzvlüyündən istefa verib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu F.Filippo “France-2” telekanalına müsahibəsində bildirib.

“Mənə dedilər ki, “səlahiyyətsiz” sədr müaviniyəm. Gülünc vəziyyətdə və boş-bekar qalmaq istəmirəm. Əlbəttə, məhz ona görə də mən “Milli Cəbhə” Partiyasından gedirəm”, - o vurğulayıb.

Qeyd edək ki, bu siyasi təşkilatın lideri Marin Le Pendir. O, Fransada keçirilən sonuncu prezident seçkisində hazırki dövlət başçısı Emanuel Makronun alternativi olub. Emanuel Makron ona ikinci turda qalib gəlib. Florian Filippo 2012-ci ildən “Milli Cəbhə” sədrinin müavinidir. 36 yaşlı siyasətçi partiyada islahatın keçirilməsi və Fransanın Avropa İttifaqından asılılığının azalmasının tərəfdarı olub, bu istiqamətdə çıxışlar edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi