Fransada daşqın səbəbindən 5,5 min nəfər evakuasiya edilib

Fransada daşqın səbəbindən 5,5 min nəfər evakuasiya edilib Bir sıra şəhərlərin küçələrində suyun səviyyəsi 1,5, hətta 2 metrə çatır
Digər ölkələr
2 İyun , 2016 11:51
Fransada daşqın səbəbindən 5,5 min nəfər evakuasiya edilib

Bakı. 2 iyun. REPORT.AZ/ Fransada çayların daşması və güclü yağış nəticəsində yaranan daşqın səbəbindən 5,5 mindən çox insan evakuasiya edilib.

"Report" "BFM TV"yə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyindən bir sıra şəhərlərin küçələrində suyun səviyyəsinin 1,5, hətta 2 metrə çatdığı bildirilib.

Yaxın zamanda güclü yağışların yeni dalğası da gözlənilir.

"Europe 1" bir nəfərin ölməsi barədə məlumat yayıb. Belə ki, xilasedicilər evdə boğularaq ölən 86 yaşlı qadının cəsədini aşkarlayıblar. Məlumata görə, təxminən 10 min ev işıqsız qalıb.

Hazırda Parisin şərqində və cənub-şərqində ağır vəziyyət qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi