Fransa siyasətçisi Emmanuel Makronun böhran əleyhinə tədbirlərini tənqid edib

Fransa siyasətçisi Emmanuel Makronun böhran əleyhinə tədbirlərini tənqid edib Bakı. 11 dekabr. REPORT.AZ/ Fransanın Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Qiyom Pelte prezident Emmanuel Makronun ölkə sakinlərinə müraciətini şərh edib.
Digər ölkələr
11 Dekabr , 2018 05:48
Fransa siyasətçisi Emmanuel Makronun böhran əleyhinə tədbirlərini tənqid edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Fransanın Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Qiyom Pelte prezident Emmanuel Makronun ölkə sakinlərinə müraciətini şərh edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Makron fransızlara müraciətində böhran əleyhinə tədbirləri necə reallaşdıracağını deməyib.

O, həmçinin əlavə edib ki, Fransa prezidenti özünün əvvəlki bütün siyasi kursunu faktiki olaraq rədd edib.

Pelte vurğulayıb ki, Makron müraciətində anti-Makron kimi çıxış edib. 

Qeyd edək ki, Fransa prezidenti kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi