Fransa Monblan zirvəsinə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb

Fransa Monblan zirvəsinə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb Yerli hökumət orqanları təhlükəsizlik səviyyəsindən narazıdır
Digər ölkələr
17 İyul , 2018 16:47
Fransa Monblan zirvəsinə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb

Bakı. 17 iyul. REPORT.AZ/ Fransa hökuməti Alp dağlarının Monblan zirvəsinə və populyar "kral marşrutu"na çıxışı səkkiz gün müddətinə məhdudlaşdırıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzeti buna səbəb kimi çox sayda turistin bu istiqamətdə axın etməsini, eyni zamanda yerli hökumət orqanlarının təhlükəsizlik səviyyəsindən narazı olmasını göstərib.

"Turistlərin çoxu yay mövsümündə zirvəyə xüsusi ləvazimatlar olmadan dırmanmağa çalışırlar. Dağa xüsusi kanatlar və ləvazimatlar olmadan dırmanmağa görə cərimə də tətbiq edilir", - qəzet yazıb.

Xatırladaq ki, 2018-ci ildə Monblanın zirvəsini fəth etməyə çalışan azı 3 nəfər - polyak, litvalı və britaniyalı şəxslər dağdan düşərək ölüb. 

Son xəbərlər

Orphus sistemi