Yuxarı

Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim edəcək

Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim edəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Fransa yaxın zamanlarda ABŞ və Britaniya ilə birlikdə BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim etməyə hazırlaşır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının təcili iclasında bu ölkənin beynəlxalq təşkilatdakı daimi nümayəndəsi Fransua Delattr bildirib.

Onun sözlərinə görə, Fransanın Suriya dosyesi üzrə dörd prioriteti var. Bunlar bilavasitə Suriya xalqının və beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

Diplomat qeyd edib ki, rəsmi Paris Suriyada kimyəvi silahın tətbiq edilməsi hadisəsini araşdırmaq üçün müstəqil, beynəlxalq mexanizmin yaradılmasını, bu ölkənin kimyəvi proqramının tamamilə ləğvini tələb edir, terrorizmin tamamilə məhvi uğrunda çıxış edir. Fransa habelə Suriyada dərhal barışığın əldə olunmasını, ölkə əhalisinə humanitar yardımların çatdırılmasına çıxışın təmin olunmasını, nəhayət BMT-nin himayəsi altında siyasi tənzimlənmə üzrə prosesin yenilənməsini tələb edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi