"France 3" telekanalı “sarı jiletlilər“in aksiyasının yayımını təhrif etməkdə günahlandırılır - FOTO

"France 3" telekanalı “sarı jiletlilər“in aksiyasının yayımını təhrif etməkdə günahlandırılır - FOTO Paris. 17 dekabr. REPORT.AZ/ Fransanın aparıcı televiziya kanallarından olan France 3 “sarı jiletlilər“in sonuncu - 5-ci etiraz aksiyası zamanı yayımladığı videogörüntülərdə təhrifə yol verməkdə günahlandırılır.
Digər ölkələr
17 Dekabr , 2018 00:56
France 3 telekanalı “sarı jiletlilər“in aksiyasının yayımını təhrif etməkdə günahlandırılır - FOTO

Paris. 17 dekabr. REPORT.AZ/ Fransanın aparıcı televiziya kanallarından olan "France 3"sarı jiletlilər“in sonuncu - 5-ci etiraz aksiyası zamanı yayımladığı videogörüntülərdə təhrifə yol verməkdə günahlandırılır.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, telekanal şənbə günü Parisin "Opera" meydanında “sarı jiletlilər“in etiraz aksiyası zamanı nümayişçilərin əllərində tutduqları plakatın şüarını qəsdən təhrif etməkdə ittiham olunur. Belə ki, plakatda yazılan “Makron rədd ol!“ şuarındakı "rədd ol" tələbi ekrandan silinərək, yalnız “Makron“ sözü göstərilib. 

Telekanal özünün "Twitter" hesabında texniki problemin baş verdiyini, həmin sözün plakatdan qəsdən silinmədiyini yazıb.

Fransada qiymət artımı ilə bağlı şənbə günü keçirilən aksiyalar zamanı 107 nəfər etirazçı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi